"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar”ı çalışdıran Murad Musayev Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, Rusiya çempionatında yaranmış fasilə müddətində Azərbaycana gələn mütəxəssis “Sabah” Futbol Mərkəzində qonaq olub.
Bu haqda Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Musayev burada “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və komandanın baş məşqçisi Vasili Berezutski ilə görüşüb.
M.Musayev 2021-2024-cü illərdə "Sabah"ın baş məşqçisi işləyib.