PremyerLiqada "Araz Naxçıvan"ın məğlubiyyətsiz seriyası davam edir.
Muxtar respublika təmsilçisi artıq 15 matçdı rəqiblərinin qorxulu yuxusuna çevrilib.
İndi əksəriyyəti eyni sual düşündürür - görəsən, bu komandanı kim dayandıra biləcək?
2 gün sonra bu məqsədə nail olmaq üçün "Sabah" Elmar Baxşıyevin kollektivinin önünə çıxacaq.
Sportinfo.az-a açıqlamasında komandanın yarımmüdafiəçisi Tellur Mütəllimov "Qarşıdan "Araz-Naxçıvan"la oyun gəlir. Rəqib 15 oyundu uduzmur. Bu statistika sizi qorxudurmu" sualına cavabında çox ehtiyatlı danışıb:
"Çətin oyun olacaq. Ümumiyyətlə, çempionatda asan oyun olmur.
Hər bir rəqiblə oyunun özünə görə çətinliyi olur. Lakin rəqibin kimliyindən asılı olmayaraq hər birimiz qələbəyə köklənmişik.
İnanıram ki, buna nail ola biləcəyik".
XANOĞLAN