Azərbaycan kubokunda 1/8 final oyunlarına dünən start verilib.
Sportinfo.az xəbər verir ki, bu mərhələnin ən maraqla gözlənilən qarşılaşmalarından "Turan Tovuz"la "Sabah" arasında olub.
Əlavə vaxt da daxil olmaqla 2:2 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn "Sabah" 1/4 finala yüksəlib.
"Sabah"ın baş məşqçisi Vasili Berezutski matçdan əvvəl maraqlı qərar verib.
Rusiyalı çalışdırıcının özü də daxil olmaqla, komandanın məşqçi və futbolçu heyəti Tovuzda gəzintiyə çıxıb.