COP29

Məşhur məşqçi “Sabah”ın qərarını dəstəklədi: “Uğurlu seçimdir”

3 Dekabr 09:20 Sabah 284
Məşhur məşqçi “Sabah”ın qərarını dəstəklədi: “Uğurlu seçimdir”

“Vasili Berezutskinin “Sabah”ın sükanı arxasına gətirilməsi kifayət qədər uğurlu seçim və layiqli təyinatdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında rusiyalı keçmiş futbolçu Boris İqnatyev Vasili Berezutskinin “Sabah”a baş məşqçi təyin olunmasını şərh edərkən deyib.

O, 42 yaşlı mütəxəssisin oyunu yaxşı oxumaq bacarığında olduğunu bildirib:

“Vasili uzun illər Rusiya millisində, eləcə də Moskva MOİK-ində çıxış edib. Böyük təcrübəyə malik oyunçu olub. O, savadlı məşqçilərin yanında işləyərək, futbolun sirlərinə dərindən yiyələnib.

Baş məşqçi kimi ilk təcrübəsi olduğu üçün özünü sübut etməyə çalışacaq. Məşqçi üçün təkbaşına nəsə etmək çətindir. Lakin daha əvvəl rusiyalı çalışdırıcı Murad Musayev “Sabah”da uğur qazanmışdı.

Hesab edirəm ki, komandaya kifayət qədər fayda verdi. İndiki heyətdə olan oyunçulardan və rəhbərliyin yaradacağı şəraitdən çox şey asılı olacaq.

Dəstək olmayanda işləmək çətinləşir. İnanıram ki, məşqçi heyəti, futbolçular və rəhbərlik problemlərin həll yolunu birgə tapa biləcəklər”.

Vaxtilə SSRİ və Rusiya yığmalarında işləmiş 83 yaşlı B.İqnatyev Azərbaycan futbolunu yaxından tanıdığını söyləyib:

“Yuri Syomin və Murad Musayev Azərbaycanda işləyəndə onların qonağı olmuşdum. Sizin klublarda iş prosesinin necə getdiyini bilirəm.

Həqiqətən də məşqçilərə çox yaxşı dəstək göstərilir. Bütün bunlar hər kəsə məlumdur.

Buna görə də Vasili Berezutskinin işinə ümidlə baxıram və onun müsbət nəticə verəcəyini düşünürəm”.

“Sabah” Vasili Berezutski ilə 2.5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti