Sportinfo.az xəbər verir ki, o, rusiyalı tanınmış məşqçi Valeri Nepomnyaşiy həmyerlisi Vasili Berezutskinin "Sabah”a baş məşqçi təyin olunması haqqında danışıb.
Championat.com-a açıqlamasında bildirib ki, Azərbaycan klubu Berezutski üçün yaxşı tramplin ola bilər:
“Tanrı nəsib etsin ki, Vasili Berezutski “Sabah”da uğur qazansın. Azərbaycanda da işləmək asan deyil.
Ancaq orada rus dili üstünlük təşkil edir ki, bu da Berezutski üçün üstünlük olacaq. "Sabah" komandasının durumunu bilmirəm, amma yaxşı biliyi və təcrübəsi ona kömək edəcək.
Berezutski çoxdan baş məşqçi kimi çalışmalı idi. Yəqin ki, “Sabah”dan sonra Rusiya Premyer Liqasının hansısa TOP klubunu çalışdıra biləcək”,
Vasili Beresutski"Sabah"la 2.5 illik müqavilə imzalayıb. O, "Sabah"a qədər baş məşqçi kimi işləməyib.