“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev zədədən sonra yaşıl meydana qayıdıb.
Sportinfo.az xəbər verir ki, Premyer Liqanın XV turunda “Səbail”ə qarşı matçda (1:0) cari mövsümdə ilk dəfə meydana çıxan təcrübəli yarımmüdafiəçi təəssüratlarını bölüşüb.
A.Quliyev bununla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib:
“Futbol üçün darıxmışdım. Nəhayət ki, meydana qayıtdım.
İlin sonunda da olsa, buna nail oldum. Çox sevinirəm.
Xüsusən də uzunmüddətli çətin dövrdən sonra qələbə qazandığımıza görə şadam. Hər şey yaxşıdır”.