“Sabah”ın yeni baş məşqçisi Vasili Berezutskinin köməkçiləri məlum olub.
O, Krunoslav Renduliçlə bərabər çalışmış iki yerlini öz korpusuna daxil edib.
Ruslan Qafitullin və Rəşad Eyubov bu dəfə rusiyalı ilə çiyin-çiyinə işləyəcək.
42 yaşlı yeni sükançının digər iki yardımçısı öz həmyerlisidir. Bunlar Dmitri Smirnov və Aleksandr Naqornıdır.
Masazır klubunun Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlamasını bir daha xatırladaq.
SPORTİNFO.AZ