Son 7 görüşdə qələbə üzünə həsrət qalan "Sabah" vəziyyətdən çıxış yolunu baş məşqçi postunda dəyişiklik etməkdə gördü.
Krunoslav Renduliçlə yolları ayıran "tələblər" boşalan posta Vasili Berezutskini təyin etdi.
Görəsən, Masazır təmsilçisi üçün bundan sonrası necə olacaq? Rusiyalı mütəxəssis "Sabah"ın xilaskarına çevrilə biləcəkmi?
Sportinfo.az-a açıqlamasında futbol mütəxəssisi Adil Şükürov suallarımıza belə cavab verib:
"Avrokuboklara getmək şanslarının yüksək olduğu dönəmdə klubda dəyişiklik hamı üçün sürpriz oldu.
Amma dəyişikliyin bu sürətlə olması rəhbərliyin dəyişikliyə hazırlaşmasından xəbər verir. Görünən odur ki, klub qışa qədər dəyişikliyi etməklə futbolçulara konsentrasiyanın artırılmasını, oyunlarda qələbələrin vacibliyinin siqnalını ötürür.
Bəli, Berezutski ilk dəfə baş məşqçi kimi çalışacaq. Lakin bu təcrübə Azərbycanda mövcuddur. Məsələyə ictimaiyyət ətərəfindən təəccüblü reaksiya verilməsi bir az mənim üçün qəribə oldu".
XANOĞLAN