Tanınmış rusiyalı məşqçi Valeri Qazzayev Moska MOİK-ində rəhbərliyi altında oynamış Vasili Berezutskinin dünən "Sabah"a baş məşqçi təyin edilməsin münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, onun sözlərini "Çempionat" belə çatdırıb:
"Vasili artıq MOİK-də Qonçarenkonun köməkçisi olub. Bundan başqa, qardaşı Aleksey Berezutski və Çində Slutski ilə də işləyib.
Düşünürəm ki, yetərincə yaxşı təcrübə toplayıb. İndi Vasilini müstəqil iş gözləyir. Ümid edirəm ki, kifayət qədər uğurlu alınacaq.
Bu, məsuliyyətli andır. Berezutski ilk dəfə baş məşqçi postundadır. Hər şey uğurlu alınsa, bu, onun karyerasının başlanğıcı olacaq.
Köməkçi olmaq başqa şeydir, nəticəyə, oyun keyfiyyətinə cavab vermək başqa. Söylədiyim kimi, bu, onun karyerasının məsuliyyət tələb edən məqamıdır".
Hazırda 19 xalı olan "Sabah" Misli Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə mövqe tutub.
"Bayquşlar" ardıcıl 7 oyunda qələbə qazana bilmədikləri üçün xorvatiyalı mütəxəssis Krunoslav Renduliç Berezutski ilə əvəzlənib.