Gözləmək olardı ki, son 6 görüşdə qələbəyə həsrət qalan "Sabah" Tovuz səfərində qələbə üçün iki qat əzmlə mübarizə aparacaq.
Amma bərabərliklə başa çatan (1:1) qarşılaşmadan ehtimal etdiyimiz istəyi, aqressiyanı "tələbələr"də görmədik.
Komanda "Turan Tovuz" önündə hesabda geri düşsə də bərabərlik qolunu vura bildi.
Lakin qələbə qolu üçün yetəri qədər vaxt qalsa da, cəhd olunmadı.
Maraqlıdır, futbolçuların meydanda bu qədər arxayın davranışı nə ilə bağlıdır?
Kapitan Elvin Camalov suala cavabında bunları deyib:
"7 görüşdə qələbə qazana bilməməyimiz hamımızı narahat edir. Heç bir rahatlıqdan söhbət gedə bilməz.
Ola bilər, kənardan elə görünsün. Əsla belə deyil.
Komanda şəklində qələbəyə köklənmişdik. Lakin əldə etdiyimiz fürsətləri dəyərləndirə bilmədik".
XANOĞLAN/ SPORTİNFO.AZ