"Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XIV turuna təsadüf edib.
29 yaşlı oyunçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.
Premyer Liqada 2013/2014 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub.
O, üç komandanın formasını geyinib. Azərbaycan millisinin üzvü “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.
Elvin Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.