COP29

Rusiyalı iş başına gətirildi, 2,5 illik müqavilə bağlandı - FOTOLAR

18:00 Sabah 270
Rusiyalı iş başına gətirildi, 2,5 illik müqavilə bağlandı - FOTOLAR

“Sabah”da yeni baş məşqçi təyinatı gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.

Berezutski bu vəzifədə Krunoslav Renduliçi əvəzləyib. Xorvatiyalı Renduliçin istefası bu gün rəsmi olaraq açıqlanıb.

Bu, V.Berezutskinin baş məşqçi kimi ilk işi olacaq.

Vasili Berezutski daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın SSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).

Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və SSKA klublarında çıxış edib. O, Rusiyanın əsas millisində 101 oyun keçirib, 5 qol vurub.





Digər Xəbərlər
Xəbər Lenti