COP29

Əcnəbi baş məşqçi Tovuzda istefa vermək istəmirsə...

11:30 Sabah 285
Əcnəbi baş məşqçi Tovuzda istefa vermək istəmirsə...

Yəqin ki, milli komandalara görə yaranmış fasilənin bitməsini ən çox arzulayan komanda "Sabah"dır.

İki aylıq qələbə həsrətini son vermək üçün.

Kollektiv bu müddətdə 6 qarşılaşmaya çıxıb, amma 3 xalın nə olduğunu bilmir.

Futbolçular, məşqçilər korpusu və rəhbərlik qələbənin şirinliyini çoxdan unudub.

Düzdü, "tələbələr"i bu dəfə də asan oyun gözləmir.

Həftələrdi uzaq düşən qələbəni dadmaq üçün ağır Tovuz səfərində tər axıtmaq lazım gələcək.

Uğurlu mövsüm keçirən "Turan"la bərabər onun çılğın azarkeşlərinə qarşı da duruş gətirmək asan olmayacaq.

Bu dəfə Krunoslav Renduliç üçün pis oyun da məqbuldur. Yetər ki, nəticə pis olmasın.

Əsas rəqiblərdən biri ilə oyunda növbəti xal itkisi təkcə avrokuboklara vəsiqə deyil, həm də xorvatiyalının taleyini təhlükə altına salacaq.

Niyə də yox?

Futbolda yaxşı oyun vacibdir. Amma hər şey demək deyil.

Göstərilən ümidverici oyuna görə sənə bir həftə, bir ay səbr edə bilərlər.

Amma daha 7 oyunun sığacağı 2,5 ay yox.

Yəqin ki, Renduliç də "Sabah" rəhbərliyinin ona aşırı ümid bəslədiyinin fərqindədir.

Cavabı Qərb səfərində qələbə olmalıdır.

Əks halda mətbuat konfransında oyun haqqında danışmaq yox, istefa qərarını açıqlamaq yerinə düşər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 23:40 Niyə bəyənməyim?
23 Noyabr 17:50 Çək və bizə göndər!
23 Noyabr 12:20 Messi ora gəlməyəcək