"Sabah"ın yarımmüdafiəçisi Kahim Parris Premyer Liqanın 14-cü turunda "TuranTovuz"la baş tutacaq qarşılaşma barədə Sportinfo.az-a açıqlama verib.
O, çətin matç olacağını bildirib:
"Çətin oyun olacaq. Bu oyuna istər fiziki, istərsə də mental olaraq hazırlaşmaq üçün kifayət qədər vaxtımız var.
İnanıram ki, bu oyunda yaxşı nəticə ilə azarkeşlərimizi sevindirəcəyik".
"Tələbələr" son 6 turda qələbə üzünə həsrətdir. 4 görüşdə heç-heçə edən Renduliçin kollektivi 2 matçda məğlubiyyətə üzülüb.
24 yaşlı legioner "uğursuz seriyanın səbəbi nədir" sualına isə belə cavab verib:
"Nə deyə bilərəm ki? Bu oyunlara baxanlar bu matçların hər birində komandanın üstün olduğunu, rəqiblərdən daha yaxşı çıxış etdiyinin şahidi olub, yəqin.
Komanda olaraq hər bir oyunumuza qələbə əhval-ruhiyyəsində, pozitiv çıxırıq. Amma son dəqiqələrdə buraxılan qollar sonda 3 xal qazanmağımıza mane olur. İnaniram ki, qarşıdakı matçlarda bu cür səhvlər yol verməyəcəyik".
XANOĞLAN