COP29

AFFA-nın direktoru "Sabah"dan ayrılan məşqçiyə iş təklif etdi

20 Noyabr 18:00 Sabah 1 102
AFFA-nın direktoru "Sabah"dan ayrılan məşqçiyə iş təklif etdi

Bugünlərdə «Sabah»dan ayrılan Vitali Kovalyov AFFA-dan dəvət alıb.

Beş ildən artıq müddətdə çalışdığı klubdan öz istəyi ilə ayrılan qapıçılar üzrə mütəxəssis bundan sonra millilərin birində işləmək şansı əldə edib.

Federasiyanın texniki direktoru Cahangir Həsənzadə ona belə bir təklif irəli sürüb. Kovalyov U-21-də fəaliyyət göstərməyə razılıq verib.

Qurumdan bildirilib ki, onun məsələsinə gələn ay aydınlıq gələcək. Belə ki, AFFA İcraiyyə Komitəsi dekabrda yığışacaq və aşağı yaş qrupları üzrə yığmaların məşqçi korpuslarıyla əlaqəli yekun qərar çıxaracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!
20 Noyabr 01:50 I Liqa, yA TƏHQİRXANA?