"Sabah" Premyer Liqanın 13-cü turunu da xal itkisi ilə arxada qoydu.
Doğma meydanda "Kəpəz"i qəbul edən "tələbələr" meydandan 1 xalla ayrılmalı oldu - 2:2.
Qarşılaşmanın ən yaxşılarından biri olan Kahim Parris matçdan sonra Sportinfo.az-a açıqlamasında xal itkisinə rəğmən yaxşı oynadıqlarını deyib:
"Komanda olaraq yaxşı çıxış etdik. Oyun boyu üstünlük bizim tərəfimizdə idi. Bir neçə qol fürsəti əldə etsək də, bu epizodların çoxunu boşa verdik. Təəssüf ki, son dəqiqələrdə buraxdığımız qolla qələbə hesabını qoruyub saxlaya bilmədik".
Yamaykalı vinger milli komandaların oyunlarına görə yaranmış fasiləni komandası üçün hazırkı məqamda lazım olduğunu sözlərinə əlavə edib:
"Fasilə müddətinin komandaya daha çox çalışmaq, səhvlər üzərində işləmək və komanda olaraq daha da təkmilləşmək üçün bir fürsət olduğunu düşünürəm".
XANOĞLAN