“Sabah”ın məşqçisi və Rusiya icmasının sədr müavini Vitali Kovalyov 44 günlük Vətən müharibəsinin qaziləri ilə görüşüb.
Sportinfo.az xəbər verir ki, veteran qapıçı Zəfər Günü ərəfəsində milliyətcə rus olan qazilərlə bir araya gəlib.
Onlar Vətən müharibəsində olan xatirələrini bölüşüblər. Daha sonra onlar Zəfər Gününü qeyd ediblər.