COP29

Millinin yeni qapıçısından əcnəbi məşqçinin qərarına ETİRAZ!

11 Noyabr 21:00 Sabah 3 475
Millinin yeni qapıçısından əcnəbi məşqçinin qərarına ETİRAZ!

Krunoslav Renduliçin "Sabah"da eksperimenti davam edir.

Söhbət əcnəbi mütəxəssisin qapı mövqeyi ilə bağlı tez-tez dəyişən qərarından gedir.

O, ilk 6 turda Yusif İmanova güvənirdi. Onun bu matçlarda buraxdığı 9 qoldan narazı olan çalışdırıcı 7-ci turdan çərçivəni Nicat Mehbalıyevə tapşırmağı qərara aldı.

Və onun da çərçivədə ömrü 6 qarşılaşma çəkdi.

Milli komandaya dəvət aldığı günün səhəri, "Kəpəz"lə baş tutan görüşdə Renduliç onu ehtiyat skamiyada otuzdurmaq qərarına gəldi.

Onun atdığı bu addım birmənalı qarşılanmayıb.

İlk etiraz isə Nicatdan gəlib.

24 yaşlı çərçivə qoruyucusu bu barədə çevrəsinə şikayətlənib.

Məşqçinin qərarını düzgün hesab etməyib.

Milli komandaya dəvət olunduğu dönəmdə qarşılaşdığı münasibətdən pərişan olduğunu açıq büruzə verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!