COP29

Azərbaycan klubunda baş məşqçini gözləyən CİDDİ TƏHLÜKƏ!

10 Noyabr 22:05 Sabah 993
Azərbaycan klubunda baş məşqçini gözləyən CİDDİ TƏHLÜKƏ!

"Sabah" pis futbol oynamır. Hətta bir qədər irəli gedib, "Qarabağ" xaric digər klubların hamısından parlaq futbol sərgilədiyini demək olar.

İlk üçlüyü qapayan "Turan Tovuz" və "Araz Naxçıvan"ın oynadığı futbol hara, "Sabah"ın sərgilədiyi oyun hara. Arada uçurum olmasa da, ciddi fərq var.

Bu, boğazdan yuxarı deyilən söz deyil.

Masazır klubunun meydana yansıtdığı oyunun haqqlı tərifidir.

Rəngarəng hücumlar, sağa-sola xərclənən bol qol imkanları bu gün "tələblər"in oyununda əsas elementlərdi.

Amma bu, "Sabah"a nəsə verir?

Turnir cədvəlinə baxan hər kəsin cavabı "yox" olacaq.

6 görüşdü "Sabah" 3 xala həsrətdir.

Hər keçən tur iddialılar uzaqlaşır, ikinci "beşlik" öz nəfəsini hiss etdirməyə başlayır.

13 turdan sonra mümkün 39 xaldan cəmi 18-nin əldə olunması nə azarkeşi, nə də rəhbərliyi razı bilməz.

Heç Krunoslav Renduliçi də.

Yaxşı oyun bir yerə qədər işə yaraya bilər. Bu gün sənə alqış gətirə, sabaha ümid cizgiləri yarada bilər.

Amma unutmaq olmaz ki, futbolda son baxılan tablodur.

Orada işlər düz getmirsə, nəsə dəyişməlidir.

Həmin nəsəni isə qısa müddətdə xorvatiyalı mütəxəssis tapmalıdır.

Əks halda özü dəyişilsə mən təəccüblənməyəcəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti