Bir az keçsin qoy.
Bu xəbəri də biz yayacağıq - «Sabah» yeni baş məşqçi axtarışına çıxdı.
Hazırda bütün yollar istefaya aparır. Krunoslav Renduliçin bu gedişlə postunda qalması qeyri-mümkündür. Artıq bıçaq sümüyə dirənib.
İndi «Sabah» sözdə çempionluq, ən pis halda avrokuboklara vəsiqə uğrundav mübarizə aparır. Bəli, yalnız sözdə.
Krunonun sözüylə əməli isə üst-üstə düşmür. Yüksək hədəflərdən danışan baş məşqçinin komandası ardıcıl 5 tur qələbəyə həsrət qalmaz.
Xorvatiyalı futbolçularını hər oyuna eyni cür hazırlaya bilmir.
Ya bir oyunda çoxsaylı qol epizodları yaradıb, meydanı qələbəsiz tərk edirlər, ya da tamam-kamal sönük mücadilə verib, məğlubiyyətlə üzləşirlər.
Sumqayıt səfəri də bu cür bitdi. Qarşılaşmanı izləməyənlər üçün deyək: sanki futbolçular da Renduliçin getməsini istəyir.
Bu, şəhərin ən ucqar nöqtəsindən də göründü.
Razılaşmaya bilərsiz, məncə, «Sabah»ın hazırkı heyəti birinci yer tutmağa əl verir. Yeni ildən sonra bir-iki güclü legioner də alınsa, mövsümün axırınadək «Qarabağ»ı qarabaqara izləyə bilərlər.
Sadəcə, Renduliç bu yükü qaldıracaq tipə oxşamır yenə. Nədənsə məndə xorvatiyalının güclü məşqçi olmasına ciddi şübhələr əmələ gəlib son vaxtlar.
Onun «Sabah»ı daha çox əhval-ruhiyyəsinə oxşayır.
MUSA