“Sabah"ın bu futbolçusu yaxşı potensiala malikdir".
Bu sözlər ATV kanalında yayımlanan “Futbiolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, “Sabah”ın yarımmüdafiəçisi Abdulla Xaybullayevin Premyer Liqanın son turlarında əla təsir bağışladığını bildirib.
Deyib ki, gənc oyunçunu dəfələrlə iş başında izləyib və onu özü üçün kəşf edib.
Vaxtilə Masazır klubunda yüksək vəzifə tutmuş Emin Abbasov da aparıcının fikirlərinə şərik çıxıb.
Xaybullayevin keçdiyi yola nəzər salan verlişin eksperti onun etimadı doğrultduğunu söyləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN