“Sabah” heyətini yeni legionerlə gücləndirib.
Masazır təmsilçisinin mətbuat xidməti saytımızın 2 gün öncə yaydığı məlumatı bu gün doğrulayıb (https://www.sportinfo.az/idman_xeberleri/sabah/212501.html).
Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.
Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.
2015-ci ildən Qazaxıstan millisinin üzvüdür. Burada 28 oyun keçirib.
“Sabah” onunla 1,5 illik müqavilə imzalayıb. Bu transfer Premyer Liqa təmsilçisinə havayı başa gəlməyib. Qazaxıstanlı ölkəmizdə keçirəcəyi müddətdə 250 min dollar civarında pul qazanacaq.
2024-cü il yanvarın 1-də onunla anlaşmış “Tobol” da bu izdivacdan gəlir əldə edib. “Bayquşlar“ sözügedən kluba da təzminat ödəyib.
SPORTİNFO.AZ