COP29

Mövsümə fırtına kimi başlayan gənc azərbaycanlı indi hardadır?

5 Noyabr 22:20 Sabah 4 015
Mövsümə fırtına kimi başlayan gənc azərbaycanlı indi hardadır?

"Sabah" Premyer Liqada yetirmələrinə ən çox şans tanıyan klublardan biridir.

Klubun böyük iddialarını və heyətindəki keyfiyyətli legionerlərin sayının çoxluğunu nəzərə alsaq, gənclərlə bağlı yanaşmanın dəyəri daha da artmış olur.

Klub tərəfindən vitrinə çıxarılan gənclərdən biri də Xəyal Əliyevdir.

O, ötən mövsümdən əsas komandaya ayaq açmağa başlayıb.

Bu yay isə 20 yaşlı istedad mövsümə fırtına kimi başlamışdı.

O, Avropa Konfrans Liqasının birinci raundunda "Makkabi" kimi güclü rəqiblə hər iki matçda adından söz etdirmişdi. Səfər qarşılaşmasında baxımlı qolla yadda alan gənclər millimizin üzvü Bakıdakı görüşün əlavə vaxtında əhəmiyyətli məhsuldar ötürmə ilə diqqətləri üzərinə çəkə bilmişdi.

Paralel olaraq Premyer Liqada da Xəyal öz keyfiyyətini ortaya qoya bilirdi.

Birinci turda "tələblər"i "Şamaxı"ya məğlubiyyətdən (2:2) məhz o xilas etmişdi. Vurduğu qol, etdiyi asistlə.

Ümid etmək olardı ki, davamı daha yaxşı olacaq.

Lakin Əliyevin sıçrayışı bir atımlıq barıt təsiri bağışladı.

Sonrakı 10 qarşılaşmada sərgilədiyi performans belə düşünməyə əsas verir.

"Sent Patriks"lə iki görüşdə 40 dəqiqə meydanda olan "88 nömrə" ciddi nə iləsə yadda qalmadı.

Onun durğunluğu Premyer Liqanın son 8 matçında da davam edib.

Görünür, gələcəyinə böyük ümidlər bəslədiyimiz yarımmüdafiəçi erkən ulduz xəstəliyinə tutulub.

Bir çox yaşıdları kimi.

Ağır zədə almayan, komandası eniş yaşamayan gəncin uğursuz çıxışına başqa nə ad verəsən?

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...