COP29

Komanda yoldaşlarına həsəd aparan hücumçu: “Xüsusi səbəb yoxdur”

24 Oktyabr 21:20 Sabah 437
Komanda yoldaşlarına həsəd aparan hücumçu: “Xüsusi səbəb yoxdur”

Xal sayı və turnir cədvəlindəki mövqe “Sabah”dakıların ürəyincə olmasa da, məhsuldarlıq baxımından vəziyyət yaxşıdır.

10 turdan sonra “tələbələr”in aktivində 20 qol var ki, onlar bu göstəricidə yalnız “Qarabağ”dan geri qalır.

Elə buna görə də Premyer Liqanın bombardirlik cədvəlinə “Sabah”lılar Cesse Sekidika ilə Coy-Lens Mikels başçılıq edir.

Birincinin aktivində 6, ikincinin 5 qol var. Komandanın əsas hücumçusu Pavol Şafranko isə onlardan geri qalır (4 top).

Slovakiyalı hücumçu ilə söhbətdə ünvanladığımız “Sekidika ilə Mikelsdən geri qalmağının səbəbi nədir” sualına cavabı belə oldu:

“Xüsusi bir səbəbi yoxdur. Sadəcə, onlar məndən daha çox qol vurublar (gülür).

Əsas olan komandada kimin qol vurması yox, komandanın uğur qazanmasıdır. Mən də daxil olmaqla komandanın hər bir üzvü “Sabah”ın uğur qazanması üçün əlindən gələni edir”.

30 yaşlı forvard Premyer Liqada 10 oyunun hamısında oynayıb ki, 9 matçda əsas heyətdə yer alıb.

HƏBİB / SPORTİNFO..AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu