COP29

Sənin belə insafsız hücumçun varsa…

17:00 Sabah 171
Sənin belə insafsız hücumçun varsa…

Avrokuboklara aparan yolda bir neçə iddialı var.

«Sabah» onların arasında özünə yer etmək istəyir.

Bu, sadəcə, istəkdir. İddiadan danışmaq isə bir qədər təhlükəlidir hardasa.

Hər halda Premyer Liqanın ilk 10 turunda qeydə alınan 4 qələbə az, 4 məğlubiyyət çoxdur.

İki heç-heçəni də bunun böyrünə əlavə eləsək, Krunoslav Renduliçin hələ də qeyri-sabitlik problemini aradan qaldırmaqda zorluq çəkməsi açıq mənzərə kimi göz önünə sərilər.

Stabilliyin əldə olunmasına yeganə əngəl müdafiə zonasındakı sıxıntılarla məhdudlaşmır. Bu, ümumi dərdin, sadəcə, bir parçasıdır.

Xorvatiyalı çalışdırıcı komandanın başını tutur, ayağı gedir. Ayağını tutur, başı gedir.

Bir tək «Zirə» ilə son qarşılaşma prizmasından yanaşmayaq bu duruma. «Sabah» axır həftələrdə hücum fazasınının zəifləməsi səbəbindən xeyli xal itirib.

Bütün ön xətt oyunçularını qoyaq sandığa, Coy-Lens Mikelsin qaçırdığı qol fürsətlərini yadımıza salaq və hesablayaq - üst-üstə 10-dan artıq fürsətlə insafsızcasına davranıb.

Almaniyalı cinah hücumçusu epizod yaradır, epizoda girir, rəqib müdafiəsində boş zona tapır, önündəkini keçir, qapıya yaxınlaşır, amma di gəl, son nöqtəni qoymağa aciz qalır.

Mikelsə hər dəfə nəsə mane olur.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor