COP29

"Əgər səmimi şəkildə desək..." - Renduliç

20 Oktyabr 20:40 Sabah 523
"Əgər səmimi şəkildə desək..." - Renduliç

"Oyun haqda nə danışa bilərəm? Yaxşı başladıq, qol vurduq. Hər şey bizim nəzarətimiz altındaydı. İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Qol fürsətimiz də oldu. İki-üç qol fürsətimiz var idi, amma daha yaxşı zərbələr endirsəydik, yarı fürsətlərdən də istifadə edə bilərdik. Əfsuslar olsun ki, qoldan 2 dəqiqə öncə 3-4 ardıcıl səhvlər etdik və qol buraxdıq. Futboldur, fürsətləri istifadə etmirsizsə, qol görürsüz".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 10-cu turunun "Zirə" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Rəqib baş məşqçi isə 65-70 dəqiqə üstün olduqlarını bildirdilər. Niyə "Sabah" daha çox əks-hücumlara üstünlük verirdi, halbuki dominant oynamaq üçün lazım olan futbolçulara sahibsiz...

- Topla və topsuz oyuna nəzarət edə bilərsən. Əgər səmimi şəkildə desək, "Zirə" heç bir qol fürsəti yaratmadı. Amma bizim isə bir 100 faizli, 2-3 yarı qol fürsətlərimiz oldu ki, onlardan yararlanmalıydıq.

Digər Xəbərlər
Xəbər Lenti