COP29

Azərbaycan klubunda 4 problemli adam var - FOTOLAR

20 Oktyabr 16:55 Sabah 407
Azərbaycan klubunda 4 problemli adam var - FOTOLAR

Premyer Liqanın 10-cu turunun mərkəzi qarşılaşması Zirədə baş tutacaq.

Qəsəbənin eyniadlı komandası turnir cədvəlindəki qonşusu “Sabah”ı qəbul edəcək.

Qonaqlar meydana ciddi itkilərlə çıxacaq.

“Araz-Naxçıvan”la oyunda zədələnən Elvin Camalovun bazar günü meydana çıxa bilməyəcəyi dəqiqdir. Sofian Çaklanın durumu da qənaətbəxş deyil. Oynayıb-oynamayacağına matç günü qərar veriləcək.

Uzun müddətdir yaşıl meydanlardan kənarda qalan Ayaz Quliyevlə Vinsent Tillin də bu görüşün iştirakçısı olmayacağı məlumdur.

Oktyabrın 20-də Zirə İdman Kompleksində baş tutacaq duel saat 17:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti