"Neftçi"dən ayrılan Qara Qarayevin "Sabah"a keçidi baş tutmayıb.
Buna Krunoslav Renduliç mane olub.
Belə ki, təcrübəli yarımmüdafiəçi məşqçilər korpusuna təqdim edilib.
Amma baş məşqçi Krunoslav Renduliç Qarayevin transferinə qarşı çıxıb.
Əcnəbi mütəxəssis qərarını sabiq milli üzvünün mövqeyində olan futbolçu sayının çoxluğu ilə bağlayıb.
Xatırladaq ki, 32 yaşlı futbolçu karyerası ərzində formasını geyindiyi "Qarabağ"da 445 oyunda 5 qol, 15 asisistlə, "Neftçi"də isə 28 görüşdə 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
O, Azərbaycan millisində 76 rəsmi görüşə çıxıb.
Hazırda azad agent olan orta sahə oyunçusu ötən ay "ağ qaralar"la qarşılıqlı razılıq əsasında yolları ayırıb.
SPORTİNFO.AZ