COP29

Azərbaycan komandası 2 legioner gətirdi - Avrokuboklar üçün

00:50 Sabah 689
Azərbaycan komandası 2 legioner gətirdi - Avrokuboklar üçün

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah” İsveçrənin “Bazel” klubu ilə görüşdən əvvəl heyətini iki əcnəbi futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi qanalı yarımmüdafiəçi Avudu Başit və nigeryalı forvard Stiven Ende ilə anlaşıb.

Hər iki futbolçunun 18 yaşı var. Eyni zamanda, əgər Başit yenicə kluba keçibsə, Ende artıq “bayquşlar”ın əvəzedici heyətində oyun keçirib.

“Sabah”la “Bazel” arasında ilk oyun oktyabrın 23-də İsveçrədə, cavab görüşü isə noyabrın 6-da Azərbaycanda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti