COP29

"Sabah" kömək istədi - Avropada yaşayan azərbaycanlılardan

02:10 Sabah 889
"Sabah"  kömək istədi - Avropada yaşayan azərbaycanlılardan

"Sabah" Futbol Klubu Avropada yaşayan həmvətənlərimizə müraciət edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin yaydığı müraciətdə bildirilib:

"Əziz həmvətənlərimiz,

Oktyabırın 23-də, İsveçrənın Bazel şəhərində "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində İsveçrənın “Bazel” klubu ilə vacib görüşə çıxacaq.

Bu əhəmiyyətli oyunda komandamızı tək qoymayaq. Çətin səfər matçında sizin tribunadan dəstəyiniz “Sabah” üçün çox vacibdir.

Gəlin, bu əhəmiyyətli qarşılaşmada komandamıza dəstək olaq.

Matçda iştirak etmək istəyənlər aşağıdakı linkdə qeydiyyatdan keçə bilərlər.

https://9n63ghh3s62.typeform.com/to/SV9tZYbU?fbclid=IwY2xjawF7MjdleHRuA2FlbQIxMAABHTUEcuOouwyHv6PyEbcjYBqf782Us-_es6SRpAdJWIq_3pNjEsDbBOtUQA_aem_ZJcknNCmWeuaK_qdEl4QaA

Yerlər məhdud olduğundan, ilk qeydiyyatdan keçənlərin müraciəti nəzərə alınacaq.

Oyunda iştirak edəcək şəxslər biletlə təmin ediləcək.

Qarşılaşma oktyabırın 23-də, yerli vaxtla saat 19:00-də İsveçrənin Bazel şəhərində yerləşən “St. Jakop-Park” stadionunda baş tutacaq".

Digər Xəbərlər
Xəbər Lenti