COP29

"O, hələ də “Sabah”dakı bu problemləri çözə bilmir" - VİDEO

15 Oktyabr 16:00 Sabah 1 838
"O, hələ də “Sabah”dakı bu problemləri çözə bilmir" - VİDEO

"Krunoslav Renduliç hələ ki, müdafiədəki problemləri çözə bilmir".

Futbol eksperti Emin Abbasov bu açıqlama ilə çıxış edib.

Tanınmış teleşərhçi ATV kanalında yayımlanan “Futbolumuz” verlişində "Sabah"ın baş məşqçisini qınayıb.

O, komandanın üzləşdiyi çətinlikləri sadalayıb, xorvatiyalı mütəxəssisin onların aradan qaldırılması yönündə çalışmalarını yetərsiz sayıb.

Abbasov bildirib ki, “bayquşlar”un arxa zonası etibarlı təsir bağışlamır, çoxsaylı səhvlərə yol verir.

Ekspert balkanlı çalışdırıcının vəziyyətdən çıxış yolu tapmaqda acız olmasına diqqət çəkib.

Masazır təmsilçisi Premyer Liqanın ilk dövrəsini qeyri-sabit keçirib. Doqquz tura 15 xal toplayan komanda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

4 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət əldə edən kollektiv 19 dəfə fərqləndiyi halda, qapısında 15 qol görüb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti