COP29

İndi Azərbaycan klubunda oynayan “Qalatasaray”lı söyləyir ki...

21:00 Sabah 339
İndi Azərbaycan klubunda oynayan “Qalatasaray”lı söyləyir ki...

"Sabah"ın yarımmüdafiəçisi Cesse Sekidika Sportinfo.az-a açıqlama verib.

Vaxtilə “Qalatasaray”ın formasını geyinmiş nigeriyalı legioner ilk olaraq Premyer Liqanın 9-cu turunda "Araz-Naxçıvan"la bərabər qaldıqları (1:1) matç haqqında danışıb:

"Araz-Naxçıvan”la oyunun asan keçməyəcəyini bilirdik. Düşündüyümüz kimi də oldu.

Rəqib müdafiədə çox səliqəli oynadı. Bəzi imkanlarımız olsa da, dəyərləndirə bilmədik".

O, erkən qolun davamını gətirə bilməmələrini belə əsaslandırıb:

"Düzdü, oyunda erkən qol vurduq, lakin təəssüf ki, erkən də qol da buraxdıq. Bundan sonra rəqib müdafiə xəttində yol verdikləri boşluqları bağladılar.

Müdafiə xəttində maksimum diqqətli oynadılar və bu da bizim yüfaizlik qol imkanları yaratmağımızı çətinləşdirdi".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti