COP29

Biz onu Azərbaycanda tanıdıq - Bu klubun tarixinin ən yaxşısı seçildi

11:20 Sabah 1 018
Biz onu Azərbaycanda tanıdıq - Bu klubun tarixinin ən yaxşısı seçildi

“Krasnodar” tarixinin ən yaxşı baş məşqçisinin adı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Murad Musayev qələbələrin sayına görə hamını qabaqlayıb.

Bu göstəriciyə görə o, Oleq Kononovu da üstələyə bilib. Rusiya Premyer Liqasının 11-ci turu çərçivəsində “Krasnodar” “Ximki”ni darmadağın edib (4:0).

Həmin qələbə Musayevin rəhbərliyi altında "öküzlər" üçün 73-cü qələbə olub. Onu da qeyd etmək lazımdır ki, “Krasnodar” klub tarixində ardıcıl qələbə sayında rekord nəticəyə imza atıb.

Onlar ardıcıl 8 matçdır ki, qalib gəlir. Xatırladaq ki, Murad Musayev 2021-2024-cü illərdə “Sabah”ın baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti