COP29

"Qollar və məhsuldar ötürmələr tortun üzərindəki krem kimidir"

19:00 Sabah 478
"Qollar və məhsuldar ötürmələr tortun üzərindəki krem kimidir"

Coy-Lens Mikelsin Səudiyyə Ərəbistanı karyerası uğursuz alındı.

"Əl Faysal"da işləri ürəyincə getməyən almaniyalı legioner bu yay yenidən Azərbaycana qayıtdı.

Özü də müəyyən narazılıqla ayrıldığı sabiq komandası "Sabah"a.

Amma hər şeyi keçmişdə buraxan 30 yaşlı hücumçu qısa müddətdə yenidən "tələblər"in əsas fiquruna çevrilməyi bacardı.

Premyer Liqanın arxada qalan 8 turunda adını 5 dəfə tabloya yazdıran Mikels 2 dəfə də yoldaşlarının fərqlənməsinə şərait yaradıb.

Sportinfo.az-a açıqlama verən Mikels dönüşündən sonrakı performansını şərh edib:

"Qol vurmaq həmişə çox gözəl hissdir. Lakin əlbəttə, ən əsas olan komandama faydalı olmaqdır.

Komandaya faydalı olmaq təkcə qol vurmaq deyil, həm hücum, həm də müdafiə planında komanda yoldaşlarına dəstək olmaqdır.

Komandamın qalib gəlməsinə mümkün qədər çox kömək etmək də bura daxildir. Qollar və məhsuldar ötürmələr sadəcə, tortun üzərindəki kremdir (gülür).

XANOĞLAN

Xəbər Lenti