COP29

"Qarabağ"la oyunda onlara nə mane olub? – “Bunu heç birimiz gözləmirdik”

21:00 Sabah 633
"Qarabağ"la oyunda onlara nə mane olub? – “Bunu heç birimiz gözləmirdik”

"Sabah"ın kapitanı Elvin Camalov Sportinfo.az-a açıqlama verib.

Yarımmüdafiəçi ilk olaraq Premyer Liqanın 8-ci turunda "Qarabağ"a məğlub olduqları (2:3) qarşılaşmanı şərh edib:

"Qarabağ"la oyunlarımız həmişə maraqlı keçir. Bu dəfə də belə olacağını gözləyirdik.

Oyun bizim üçün yaxşı başlamadı. Bu cür startı heç birimiz gözləmirdik.

"Qarabağ"la oyunun ilk dəqiqələrində 3 qol buraxdıqdan sonra geri dönüş etmək çox çətindir".

Camalov buraxdıqları erkən 3 qolun oyunun axarına uyğun olmadığını bildirib:

"İlk dəqiqələrdə olan hesabın həmin ana qədər meydanda sərgilədiyimiz oyuna uyğun olmadığını deməliyəm. Lakin startdakı şokdan sonra toparlanmağı bacardıq.

Fasilə ərəfəsində vurduğumuz qoldan sonra isə bu oyunda dönüş etmək inamımız artdı. İkinci yarının startından əvvəl daha bir qol vurduq.

Sonrakı dəqiqələrdə bir neçə yaxşı imkanımız oldu, təəssüf ki, istifadə edə bilmədik".

Görəsən, 0:3-dən sonra oyundan qoymayan "Sabah"a geridönüş üçün nə çatmadı?

Elvini dinləyək: "Geridönüş etməyimizə sadəcə əldə etdiyimiz imkanları dəqiq istifadə edə bilməməyimiz mane oldu.

Məncə, məğlub olsaq da, "Qarabağ" kimi güclü rəqiblə bərabər səviyyədə mübarizə apardıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti