COP29

Qurban Qurbanovun qanını möhkəm qaraldan DƏHŞƏTLİ OLAY!

27 Sentyabr 21:20 Sabah 7 525
Qurban Qurbanovun qanını möhkəm qaraldan DƏHŞƏTLİ OLAY!

Premyer Liqanın 8-ci turunun mərkəzi matçı "Azərsun Arena"da baş tutacaq.

Hazırkı lider "Qarabağ" formada olan "Sabah"ı qəbul edəcək.

Qonaqlar son 5 matçda məğlubiyyət tanımır.

"Turan Tovuz"la bərabərə qalan (2:2) Renduliçin yetirmələri digər 4 görüşdə 3 xala sevinib.

Qələbə seriyasını ağdamlılarla matçda da davam etdirmək mümkün olacaqmı?

Ehtimal çox yüksəkdir.

Çünki hazırkı şərtlər "tələblər"in xeyrinədir. Hətta bir qədər qabağa gedib, Masazır klubunun qələbə qazanmaq məcburiyyətində olduğunu da iddia etmək olar.

Səbəb rəqibin avrokuboklardakı əhəmiyyətli matçlara başının qarışmasıdır.

"Tottenhem"lə ağır səfərdən qayıdan "köhlən atlar"ın "Sabah"la görüşə hazırlaşmaq üçün cəmi 24 saat vaxtı olacaq. Buna hazırlaşmaqdan çox, dincini almaq desək daha doğru olar.

Londondakı 2,5 saatlıq tıxacı da nəzərə alsaq kollektiv 20 saata yaxın yollarda qalıb.

Və İngiltərə təmsilçisi ilə keçən 90 dəqiqə.

Futbolçuların nə qədər fiziki güc itirdiklərini təsəvvür etmək çətin deyil.

Böyükhesablı məğlubiyyətin gətirdiyi psixoloji travma da öz yerində.

Qurban Qurbanov təkcə bu ağırlığın altında "Sabah"la oyuna çıxmağı düşünsəydi nə vardı...

Matçdan 4 gün sonra avrokuboklarda "Malmö" ilə növbəti sınaq gəlir. Oyun gününü çıxası olsaq, İsveç təmsilçisi ilə matça hazırlaşmaq üçün heç 3 sutka da vaxt qalmır.

Deməli, kollektivin ümumi gücünü elə bölmək lazımdır ki, "Malmö" önünə mübariz komanda çıxarmaq mümkün olsun.

Rotasiyalar qaçılmazdır. Əsas heyətin bir neçə üzvünün tam istirahət alması da təəccüblü olmayacaq.

Qısası, "köhlən atlar" 8 gündə bir-birindən ağır 3 matçda meydana çıxmalıdır. Yalnız oyun qrafiki deyil, həm də rəqiblərin çəkisi ağırdır.

Mənzərə "Qarabağ" üçün dəhşətli göründüyü qədər "Sabah" cəbhəsi üçün çox xoşdur.

Buna qələbəyə aparan yol da deyə bilərik.

İndi qalır durumu lazımınca dəyərləndirmək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti