COP29

“Bu qədər xal çox yaxşıdır - Bundan sonra hər hansı eniş olmayacaq”

25 Sentyabr 23:40 Sabah 255
“Bu qədər xal çox yaxşıdır - Bundan sonra hər hansı eniş olmayacaq”

“Fikrimcə, bu, çox yaxşıdır”.

“Sabah”ın yarımmüdafiəçisi İvan Lepiniça Sportinfo.az-a açıqlamasında belə deyib.

Xorvatiyalı yarımmüdafiəçi Premyer Liqanın ilk 7 turunun nəticələrini dəyərləndirib:

"Bundan sonra hər hansı eniş olacağını düşünmürəm. Artıq 14 xal qazanmışıq.

Sadəcə, bununla kifayətlənməməliyik. Növbəti oyunlara da maksimum köklənməli, indi olduğu kimi hər oyunumuza qələbə üçün çıxmalıyıq".

Masazır təmsilçisi “Səbail” üzərində əldə etdiyi 4:2 hesablı qələbə ilə ikinci pilləyə yüksəlib. “Bayquşlar” lider “Qarabağ”dan cəmi 1 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti