COP29

“Sabah” sabah buraxsa, Qurban Qurbanov gözləməz, “Qarabağ”a aparar

23 Sentyabr 17:40 Sabah 5 568
“Sabah” sabah buraxsa, Qurban Qurbanov gözləməz, “Qarabağ”a aparar

Mən bilmirəm, Krunoslav Renduliç komandasının hücum xətti barədə nə fikirləşir, bədgümandır, ya necə, onunla mərc gələ bilərəm ki, Premyer Liqanın ən yaxşı ön zona fərdlərindən bir neçəsi «Sabah»ın formasını geyinir.

Qəti fikrimdir və mərc olarsa, qazanacağıma adım kimi əminəm.

Mikels, Sekidika, Şafranko Premyer Liqanın yaraşığıdır. Sənin orta sahəndə Namik Ələsgərovun var, at çirkli suyun içinə, sonra götür iç. Bu qədər keyfiyyətlidir yəni.

«Sabah» Boyan Letiçi sabah buraxsın, Qurban Qurbanov başqa yerə getməsinə razı olmaz, elə o gün «Qarabağ»a aparar.

Ümumən, «Sabah»da individual bacarığı yüksək, qiyməti üstündə bərq vuran futbolçular yetərincədir.

Renduliçin problemi bu komandaya müdafiə oluna bilməyi öyrətməməsidir.

Qapının toxunulmazlığını təmin etməyi bacarmırlar, hamıdan, hətta «Səbail»dən də qol «yeyirlər». İkisini birdən özü də.

Yusif İmanov Nicat Mehbalıyevə, Nicat Mehbalıyev Yusif İmanova dəyməz. Sanki ikisi də çıxdıqları hər oyunda inamsız təsir bağışlayacaqlarına söz veriblər. Heç birinin özünəinamı yoxdur.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti