COP29

Azərbaycan klubunun bir milyonluq forvardına nə olub?

20 Sentyabr 20:40 Sabah 5 225
Azərbaycan klubunun bir milyonluq forvardına nə olub?

Adətən, yeni transferlər bir müddət özlərinə bənzəmir.

Yeni ölkəyə, kluba uyğunlaşmaq üçün zaman istəyir.

Bildiyimiz adaptasiya prosesi.

Amma "Sabah"ın forvardı Pavol Safranko üçün hər şey tərsinə oldu.

Slovakiya millisinin sabiq üzvü "Sabah"a qədəm qoyar-qoymaz özünü ən üst səviyyədə göstərməyə başladı. Usta futbolçu olduğunu zaman almadan gözlər önünə sərə bildi.

Bizim klublar üçün nəhəng saya biləcəyimiz "Makkabi" ilə həm səfərdə, həm də evdə fərqlənməyə başqa izah yoxdur.

İsrail təmsilçisi həm də Safrankonun parlaq oyunları sayəsində keçilmişdi.

Lakin ona nə oldusa, elə "Makkabi" ilə görüşlərdən sonra oldu.

Öncə "Sent Patriks"lə iki qarşılaşmada əl-ayağı bağlandı.

Ardınca həmin susqunluğunu Premyer Liqaya daşıdı.

İndi 4 gözlə də baxsan, çempionat matçlarında həmin Pavolu görə bilməzsən.

"Sabah" arxada qalan 6 matçda vurduğu 12 qolla ən məhsuldar hücum xəttinə sahibdir.

Lakin 12 qoldan yalnız biri 29 yaşlı legionerə məxsusdur.

O, "Sumqayıt"ın qapısına vurduğu həmin yeganə qolda da ustalığını ortaya qoymuşdu.

"Transfermarkt"də dəyəri bir milyon avro göstərilən əcnəbinin təcrübəsi və səviyyəsinə şübhə yoxdur.

Amma bir hücumçu üçün vacib olanı məhsuldarlıqdır. Ki, o da hazırda "18 nömrə"yə yaddır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti