COP29

Rəşad Sadıqov axtardığı yarı tapdı

18 Sentyabr 14:20 Sabah 3 040
Rəşad Sadıqov axtardığı yarı tapdı

Rəşad Sadıqov istəyinə çatıb.

Köhnədən qalanlar artırıb, yeni gələnlər «Zirə»nin gücünə güc qatıb.

Bu gün bir addım öndədirlər. Keçənilki oyunlarla müqayisə edəsi olsaq. Konfrans Liqasında əla təcrübə keçdilər, böyüdülər. Nə istədiyini, nə edəcəyini əzbər bilən komanda oldular.

Təcrübə qiymətsizdir. Qələbəni alışqanlıq halına gətirmək üçün görün, Rəşad Sadıqov bu illərdə nələrdən keçib, nələr görüb,

hansı məhrumiyyətlər və basqılarla üzləşib. Bu, əvəzsiz praktikadır və indi Sadıqovun karına gəlməkdə, meyvəsini dərməkdədir.

Komandasının həm atanı var, həm də tutanı.

«Neftçi» önündə həqiqət işıq saçdı: qələbənin qapısını aralamaq və içəri keçməkdən ötrü bir olmaq lazımdır.

Meydanın hər qarışı uğrunda mübarizə aparan, zonaları boşaltmayan, hücuma çıxışlarda, müdafiəyə qayıdışda bir futbolçu tənbəllik eləmədi. İş dara düşəndə isə biri digərini kompensasiya etdi.

Keçən sezon «Zirə»nin müdafiə xəttinin «beton»a dönməsindən çox danışıldı. Hücum fazasında canlanmanı da gərək indi bura qataq.

Rafael Utziq Rəşad Sadıqovun axtardığı yar idi, onu da yetirdi pərvərdigar! Davit Volkovla tandemləri səhər yeməyində çörəyin üstünə sürtülən yağ kimidir, ləzzətlə bədənə yayılır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!