COP29

Bir eynəyim olsaydı…

18 Sentyabr 11:40 Sabah 288
Bir eynəyim olsaydı…

O, hələ də istefa verməyib, buradadır,

Göndərilməsini gözləyir, deyəsən.

Bu iş alınana oxşamır. Nə isə düz getmir. Heç getmir. Getsə, bəlkə bu da düzələcək.

Krunoslav Renduliçin «Sabah»ın standartlarına uyğun gəlmədiyini dönə-dönə qeyd etmişəm.

Yenə fikrimdə qalıram. Premyer Liqada həftələr bir-birini əvəzlədikcə, bir kərə əmin oluram ki, aha, mən fikirləşmişəm, o, iddialı klub üçün böyük məşqçi deyil.

Xorvatiyalının tərzi «Sabah»la ayaqlaşmır. Onun oynatmaq istədiyi üslub ki var, bu, bu komandaya «oturmur» da. Nə illah edir etsin, alındıra bilmir, bilməyəcək də.

Mdafiədən oynamaq «Sabah»ın oyunçu qvaridiyası üçün deyil və təəccüblənirəm ki, nə əcəbsə, Renduliç burada olduğu yarım ildən artıq vaxt ərzində bunu görməyib, anlamayıb.

Konfrans Liqasının «Makkabi» və «Sent-Patriks»lə oyunları mənə məlum faktdan agah etdi, onu yox. Axı nətəhər olur bu – mən gördüm, o, görmədi?

«Sabah»ınkı hücum futboludur. «Turan Tovuz»a qol vuran komanda müdafiəyə çəkilməməlidir, rəqibinin üstünə dalğa-dalğa getməlidir.

Bir irəli, bir geri - belə yaramaz.

O komanda müdafiədən oynayar ki, arxadan oyun qura bilsin. Ən əsası, müdafiə oluna bilsin. Barı, standart vəziyyətlər zamanı nə edəcəyini bilsin.

Allah Renduliçə iki göz verib, bəyəm görmür ki, bunların heç biri onlarda alınmır? Bir eynəyim olsaydı, günü sabah aparıb ona hədiyyə edərdim.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti