Azərbaycan Premyer Liqasında VI tura “Sabah” - “Turan Tovuz” matçı ilə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Bank Respublika Arenada keçirilən görüş 2:2 hesabı ilə bitib.
“Sabah” klubunun heyətində Cesse Sekidika dubla (7, 46) imza atıb. “Turan Tovuz”dan isə Roderik Miller (35) və Ayxan Hüseynov (75) fərqlənib.
“Bank Respublika Arena”, 2420 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Fərid Hacıyev
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Coy Lens Mikels, 44 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 56 (qeyri-idman hərəkəti); İvan Lepiniça, 72 (qeyri-idman hərəkəti) // Eltun Turabov, 27 (qeyri-idman hərəkəti); Otto Con, 73 (qeyri-idman hərəkəti); Ayxan Quseynov, 90+4 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Namiq Hüseynov, (“Sabah”) 45 (hakimin qərarına etiraz); Vitaliy Kovalyov, (“Sabah”) 68 (hakimin qərarına etiraz);
Qollar: Cesse Sekidika, 6, 46 // Roderik Miller, 35; Ayxan Quseynov, 76
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
“Sabah” Baş məşqçi: Krunoslav Renduli |
“Turan Tovuz” Baş məşqçi: Kurban Berdiyev |