COP29

"Bu oyundan sonra 1 xala da məmnun olmalıyıq" - Renduliç

15 Sentyabr 23:50 Sabah 515
"Bu oyundan sonra 1 xala da məmnun olmalıyıq" - Renduliç

"Sabah" Misli Premyer Liqasının 6-cı turunda doğma meydanda "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Turan Tovuz" həqiqətən də çox yaxşı komandadır. Bu gün öz səviyyəmizdən aşağı çıxış etdik. İlk yarıda daha səbrli və aqressiv oynamalıydıq. Azarkeşlər bu gün yaxşı oyun izlədilər. Hər iki komanda qalib gəlmək istəyirdi. 3 xal qazanmaq istəyirdik. Amma oyundan sonra 1 xala da məmnun olmalıyıq.

- Hesabda önə keçəndən sonra komandanız müdafiəyə çəkildi. Bunun səbəbi nə idi?

- Sizinlə razıyam. Amma mən belə tapşırıq verməmişdim. Daha çox topa sahib olmaqlarını istəyirdim. Bəzi məqamlarda daha yaxşı oynamalıydıq.

- Qəbul edirsiz ki, müdafiə xəttində problem var?

- Haqlısınız. Amma qola qədər ardıcıl 5 səhvimiz var idi. Təkcə müdafiəçini günahlandıra bilmərik. Yaxşı reaksiya vermədik.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!