“Açıq deyim, yeni baş məşqçinin gəlişindən sonra qapıların üzümə bağlandığını düşünürəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yayda heyətinə qatdığı Pavol Safranko deyib.
Slovakiyalı hücumçu “Sabah”da oynamaqla milliyə dəvət alacağını düşünürsənmi” sualına cavabında söyləyib:
“Ötən mövsüm Rumıniyada 8 qol vursam da, Françesko Kaltsona məni çağırmadı. Ancaq yenə də həyatın işini bilmək olmaz. Təki gümanımda yanılım”.
Masazır klubu Şafranko ilə 2 illik müqavilə bağlanıb.
29 yaşlı forvard karyerası ərzində Slovakiyanın "Tatran" (2013-2016), "Şport" (2016), "DAC 1904" (2017-2018), Danimarkanın "Olborq" (2019), Şotlandiyanın "Dandi Yunayted" (2018/2019), Rumıniyanın "Sepsi" (2019-2021, 2022-2024) və CAR-ın "Mamelodi Sandauns" (2021-2022) klublarında oynayıb.
Həmçinin Slovakiyanın U-21 və əsas yığmalarının şərəfini qoruyub. 2017-2020-ci illərdə 10 dəfə millinin heyətində meydana çıxıb.