COP29

Azərbaycan klubunun yeni transferi, Braziliya millisinin ulduzu və Juninyo…

10 Sentyabr 02:10 Sabah 11 642
Azərbaycan klubunun yeni transferi, Braziliya millisinin ulduzu və Juninyo…

"Sabah"ın bu yay heyətinə qatdığı futbolçulardan biri İqor Noqeyra oldu.

Artıq müəyyən müddətdir ki, komandada olsa da, braziliyalı hələ yeni komandasında debüt etməyib.

Azərbaycana gələnə qədər yetərincə yaxşı klublarda oynamış və normal karyeraya malik olan braziliyalı futbolçu müxtəlif ölkələrdə legioner həyatı yaşayıb.

"Fluminense"nin yetirməsi olan 29 yaşlı müdafiəçi Belçikada "Gent", Meksikada "Mazatlan", Portuqaliyada isə "Jil Visente", "Santa-Klara" və "Şaveş" klublarında oynayıb.

Noqeyranın komanda yoldaşları arasında həm dünyaca tanınmış futbolçular, həm də Azərbaycan Premyer Liqasında oynayan futbolçular var.

Sportinfo.az sportal.az-a istinadən həmin siyahını təqdim edir:

Riçarlison

Noqeyranı böyük futbola bəxş edən klub "Fluminense"dir. 2014-2019-cu ildə Braziliya klubunda 15 oyun keçirmiş İqorun komanda yoldaşları arasında Braziliya millisinin və "Tottenhem"in hazırkı forvardı Riçarlison da var. 2017-ci ildə bu ulduz futbolçu "Fluminense"ni tərk edərək "Uotford"a keçmişdi. Noqeyra isə daha iki il orada qaldıqdan sonra "Jil Visente" ilə anlaşmışdı.

Juninyo

İqor beş il ərzində "Fluminense"yə məxsus olsa da, onun karyerasının yüksəlişi icarə zamanı baş verib. Belə ki, 2018-ci ildə "Fiqueyrense"yə icarəyə verilmiş 29 yaşlı müdafiəçi 28 oyuna çıxıb, 3 qol vurmuşdu. Həm oyun, həm də qol sayına görə isə, bu, “Sabah”ın yeni transferinin ən yaxşı göstəricisidir. Burada isə İqor həm də “Qarabağ”ın forvardı Juninyonu tanıyıb. Maralqıdır ki, Juninyo da 2018-ci ildə “Fiqueyrense”də icarə əsasında oynayırdı. “Qarabağ”ın hücumçusu həmin vaxtı “Atletiko Paranaense”də icarəyə götürülmüş və 25 görüşə 2 qol vurmağı bacarmışdı.

Ahmed Ayzaya

"Sabah"ın yeni futbolçusunun nəyə qadir olduğunu bilənlərdən biri də Azərbaycan Premyer Liqasında üç fərqli klubda oynamış Ahmed Ayzayadır. "Zirə", "Kəpəz" və "Qəbələ"nin formalarını geyinmiş nigeriyalı İqorla "Jil Visente"də birlikdə çıxış edib. 2021-ci ildə isə Ayzaya oradan ayrılaraq "Sportinq Kovilya"ya, Noqeyra isə Meksikanın "Mazatlan" klubuna keçib. Ayzaya bir neçə gün əvvəl İraqın “Əl-Quva” klubu ilə anlaşıb.



Quzzo

"Sabah"ın yeni transferinin Azərbaycanda darıxmaq üçün əsası yoxdur. Belə ki, Ayzaya artıq ölkəmizi tərk etsə də, Juninyo və onunla yanaşı Rafael Quzzo Noqeyra kimi Bakıda yaşayır. “Sabah”ın müdafiəçisi “Neftçi”nin yeni transferi ilə Portuqaliyada komanda yoldaşı olub. Belə ki, hər iki futbolçu bu il “Şaveş”də forma geyinib. İqor 21 oyuna çıxıb, qol vura bilməyibsə, Quzzo iki qolu 17 iki dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…