COP29

“Fasilədə bir neçə təsirli sözlə özümüzə gəldik”

2 Sentyabr 16:40 Sabah 1 037
“Fasilədə bir neçə təsirli sözlə özümüzə gəldik”

Mövsümə fırtına kimi başlayaraq “Makkabi” ilə oyunlarda 2 qol vuan Pavol Şafranko Premyer Liqada susqun görünür.

Slovakiyalı hücumçu meydana çıxdığı 5 oyunda yalnız “Sumqayıt”ın qapısına yol tapıb ki, bunu ürəkaçan göstərici saymaq olmaz.

“Kəpəz” üzərində əldə olunan qələbədən sonra (3:2) sevincli görünən “tələbələr”in forvardı Sportinfo.az-a müsahibə verdiyi müsahibədə maraqlı məqamlara toxunub.

- Bu cür başlanğıc və sonluq gözləyirdin?

- Düzünü desəm, yox. Oyuna yaxşı başlamamağın acısını çəkdik. Yersiz buraxılan 2 qolla işimizi çətinə salsaq da, xarakter sayəsində 3 xalı qazanıdıq. Başlıca səbəb sürətli oynamamağımız idi. Sanki rahat idik. Fasilədə bir neçə ağır sözlə özümüzə gəldik və toparlandıq.

- Baş məşqçi dedi ağır sözləri?

- Yox-yox, o, bizə lazım olan tapşırıqları verdi. Özümüz-özümüzə dedik lazım olan sözləri. Başa düşürdük ki, sürəti və aqressivliyi artırmaqla istəyimizə çata bilərik. İkinci 45 dəqiqədə etdiyimiz səhvləri düzəltməklə xal itkisindən qaçdıq.

- Yeni ölkə, yeni komanda, yeni mühit. Özünü necə hiss edirsən?

- Bura gəldiyim gündən mənə dəstək olan hər bir kəsə təşəkkür etmək istəyirəm. Tez uyğunlaşmağımda klub və komandadakı insanların böyük rolu oldu. Əhatəmdə möhtəşəm qəlbli insanlar görməkdəyəm. Və bundan sözün əsl mənasında zövq alıram. Hər şey möhtəşəmdir. Hələ çox şeyi bilmirəm. Zamanla ölkə və çempionat haqda daha dolğun məlumatlara sahib olacağam.

- “Sabah”a gələnə qədər Azərbaycanla bağlı təəssüratlarında nələr yer alırdı?

- Bir neçə il əvvəl Slovakiya millisinin heyətində Azərbaycana gəlmişdik və 4:1 hesabı ilə qələbə qazanmışdıq (AÇ-2020-nin seçmə mərhələ oyununda millimizin 1:5 hesabı ilə uduzduğu matçı nəzərdə tutur – H.). Düzdür, mən meydana çıxmamışdım, ancaq yenə də Bakını görmək imkanım olmuşdu. Dərin məlumatlara sahib olmasam da, ümumi təəssüratlarım var idi. Xüsusən bu ilin yanvarında Azərbaycanın bir klubu ilə danışıq aparandan sonra Premyer Liqanızı izləməyə başlamışdım. Açığı, xoşuma gəlirdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti