COP29

“Düzü, qabaqcadan bu barədə məlumatım var idi”

30 Avqust 23:00 Sabah 441
“Düzü, qabaqcadan bu barədə məlumatım var idi”

“Doğrudan da, "Makkabi" və "Şamaxı" ilə oyuna azarkeş marağı fərqli idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yarımmüdafiəçisi İvan Lepinitsa deyib.

Xorvatiyalı legioner avrokuboklarla müqayisədə Premyer Liqaya marağın az olmasına diqqət yetirib:

“Makkabi”yə qarşı dolu tribunalar qarşısında çıxış etmişdik. Premyer Liqada isə çox az sayda azarkeş önündə meydana çıxdıq.

Mənzərə məni təəccübləndirdimi? Düzü, qabaqcadan bu barədə məlumatım var idi.

Çox güman, azarkeşlərə Konfrans Liqasının oyunları daha maraqlı gəlir.

Biz də həm oyunumuz, həm də nəticələrimizlə əlimizdən gələni eləməliyik ki, çempionat oyunlarımıza da daha çox azarkeş gəlsin”.

Digər Xəbərlər
Xəbər Lenti