“Öz oyunumla bağlı nə deyə bilərəm? Futboldur, həmişə yaxşı ola bilmərəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yarımmüdafiəçisi Namiq Ələsgərov deyib.
Premyer Liqanın geridə qalan 4 həftəsində 2 qola imza atan
“Bakı”nın yetirməsi bəzən xoş təsir bağışlayır, bəzən meydanda gözə dəymir. Qeyri-sabit çıxışın səbəbi nədir?
Səbəbini səbəbkarın öz dilindən eşidək:
“Bəzən alınır, bəzən istədiyim kimi olmur. Komandama kömək etmək üçün əlimdən gələni edirəm.
Xüsusi bir səbəb yoxdur, sadəcə, bəzən istədiyim kimi alındıra bilmirəm”.