COP29

O, Premyer Liqamıza kimin tövsiyəsi ilə gəlib? – AD ÇƏKDİ

28 Avqust 21:00 Sabah 553
O, Premyer Liqamıza kimin tövsiyəsi ilə gəlib? – AD ÇƏKDİ

“Azərbaycana gəlməyimdə əsas səbəblərdən biri Krunoslav Renduliçin komandanın baş məşqçisi olması idi.

Digər tərəfdən “Sabah” gənc klub olmasına baxmayaraq, hədəfləri böyükdür”.

“Tələbələr”in mövsümlər arası fasilə dönəmində heyətinə qatdığı İvan Lepinitsa Sportinfo.az-a açıqlamasında “Sabah”ı seçməsini şərh edib.

24 yaşlı legioner Renduliçin həmyerlisidir – xorvatdır. İvan indiyə qədər heç vaxt hazırkı baş məşqçisinin rəhbərliyi altında oynamasa da, bir-birini Xorvatiya çempionatından tanıyırlar.

Dayaq yarımmüdafiəçisi bu işdə onun agentinin də kömək etdiyini gizlətməyib:

“Azərbaycan haqda daim xoş sözlər eşidirdim. Bakının və Azərbaycanın necə ölkə olduğunu canlı görmək özümə maraqlı gəlirdi.

Menecerimin Renduliçlə çox gözəl münasibəti var. Biri-birini uzun illərdir tanıyırlar.

Açığı, təklif alanda ilk fikrini öyrəndiyim adam elə agentim oldu. Ondan soruşdum, tövsiyələrini verməsini xahiş etdim.

O, mənə çox düşünməməyi, Azərbaycan Premyer Liqasının güclü olduğunu və bura gəlməli olduğumu bildirdi. Dediklərinin həqiqət olduğunu görməkdəyəm”.

İvan Lepinitsa ölkəsində “Riyeka”, “Zadar”, “Slaven Belupo” komandalarının şərəfini qoruyub, Almaniyada “Arminiya Bilefeld”də legioner həyatı yaşayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti