COP29

Enişdən yüksəlişə keçən Azərbaycan klubunun sirri nədədir?

28 Avqust 16:00 Sabah 1 268
Enişdən yüksəlişə keçən Azərbaycan klubunun sirri nədədir?

"Sabah" Premyer Liqada uğurlu seriya yaxalayıb.

Ötən tur "Neftçi"ni məğlub edən (2:0) tələbələr bu dəfə "Sumqayıt"a eyni aqibəti yaşatdı - 3:1.

Halbuki bu iki matçdan əvvələ kimi Renduliçin komandası üçün işlər yolunda getmirdi.

Konfrans Liqasında "Makkabi" və "Sent Patriks"dən ardıcıl 3 məğlubiyyət alan Masazır klubu liqada da "Zirə"yə məğlub olmuş, "Şamaxı" ilə bərabərə qalmışdı.

Görəsən, kollektivin enişdən qısa müddətə yüksəlişə keçməyinin sirri nədədir?

Sorğumuza cavab olaraq komandanın forvardı Pavel Safranko bunları dedi:

"Bunun hər hansı sirri yoxdur. Sadəcə, məşqçilərimizin, komandanın məşqlərdə gərgin hazırlıqlarının nəticəsini gördük. Komanda öz oyununu sərgiləyəndə istənilən matçdan qalib ayrıla bilərik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti